“Bozun əlli çaları” filminin ulduzu xəstəxanaya yerləşdirilib - FOTO

23-01-2024, 16:08           
“Bozun əlli çaları” filminin ulduzu xəstəxanaya yerləşdirilib - FOTO
“Bozun əlli çaları” filmində baş rolu canlandıran aktyor Ceymi Dornan zəhərli tırtıl dişlədikdən sonra ürəktutmasından xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, sənətçi dostu Qordon Smart ilə Portuqaliyada istirahət edirmiş. Qolf oynayarkən, onlar özlərini pis hiss ediblər. Dornanın əzalarında uyuşma baş verib və ürək tutması əlamətləri büruzə verib, Smartda isə sol qolunda “iynə batma” hissi yaranıb və onun ürək döyüntüləri artıb.

Aktyorun dostu bildirib ki, onun səhhətinin pisləşməsinə Portuqaliyanın cənubunda rast gəlinən kiçik zəhərli tırtılların dişləməsi səbəb olub. Onların tüklərində dərini, gözləri, boğazı qıcıqlandıran və ürək tutması yarada bilən “taumetopoin” maddəsi mövcuddur.


Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru