“Avatar: Aanq haqqında əfsanə” serialının treyleri yayımlandı - VİDEO

24-01-2024, 15:54           
“Avatar: Aanq haqqında əfsanə” serialının treyleri yayımlandı - VİDEO
“Netflix” hələ 2005-ci ildə yayımlanan “Avatar: Aanq haqqında əfsanə” adlı cizgi filminin əsasında eyniadlı serialın tam treylerini təqdim edib.

Məlumata görə, serialın premyerası fevralın 22-də olacaq.

Ekran əsərində əsas rolları Daniel De Kim, Ken Lyun, Pol Li və başqaları canlandıracaqlar. Birinci mövsüm səkkiz bölümdən ibarət olacaq.
Qeyd edək ki, serial bütün dörd elementi - su, od, torpaq və havanı ram edən Aanqın hekayəsindən bəhs edir. 12 yaşlı uşaq dostları ilə birlikdə od sahibi ilə üz-üzə gəlmək məcburiyyətində qalır, buna görə yüz illik qanlı müharibə davam edir.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru