Röyanın da səhifəsinə hücüm olub - VİDEO

24-01-2024, 12:19           
Röyanın da səhifəsinə hücüm olub - VİDEO
Xalq artisti Röya Ayxanın da instagram səhifəsini ələ keçirtmək istəyiblər.

TEREF axar.az-a istinadən bildirir ki, bu barədə ifaçı Mtv maqazinin suallarını cavablayarkən məlumat verib. R. Ayxan bildirib ki, ona da aparıcı Ranar Musayevdən link yollanılıb. Amma ifaçı linkə daxil olmayıb:

"Hər birimizin instagram səhifəsi qorunur. Sənə gələn linkə daxil olmamalısan. Mən mənə gələn mesaja baxmıram, o ki, qala linkə daxil olam".

Xalq artisti 22 mart Moskva şəhərində " Vegas city hall "da verəcəyi konsert barədə də məlumat verib:

"Böyük komanda və yüksək əhval ruhiyyə ilə Moskvaya gəlirik, çox gözəl konsert proqramı ilə çıxış edəcəyik".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru