Ukrayna əsilli qız “Miss Japan” müsabiqəsinin qalibi oldu - FOTO/VİDEO

25-01-2024, 12:04           
Ukrayna əsilli qız “Miss Japan” müsabiqəsinin qalibi oldu - FOTO/VİDEO
Ukrayna əsilli 26 yaşlı Karolina Siino “Miss Japan” müsabiqəsinin qalibi olub.

Qeyd olunur ki, qız Ukraynanın Ternopol şəhərində anadan olub. Beş yaşında ailəsi ilə birlikdə Yaponiyaya köçüb və Aiti prefekturasının Naqoya şəhərində böyüyüb.

Deyilənə görə, o, Yaponiyadan kənarda doğulmuş gözəllik müsabiqəsində qalib gələn ilk qız olub.

“İrqi maneələr var idi və yapon kimi qəbul olunmaq çətin idi. Bu yarışmada yapon kimi tanındığım üçün çox minnətdaram”, - deyə Siino tac təqdim edildikdən sonra göz yaşları içində şərh edib.

Siino qeyd edib ki, qələbəsindən sonra ilk növbədə sayəsində Yaponiyaya köçdüyü anasına təşəkkür etmək istəyib.
“Ailəm, xüsusən də anam. Əvvəlcə ona bunu demək istəyirəm: “Ana, mən Qran-prini qazandım”, - deyə o, sevincini ilk olaraq kiminlə bölüşmək istədiyi barədə suala cavab verib.

“Miss Japan”ın nümayəndələri əlavə ediblər ki, Karolinanın qələbəsi onlara yapon gözəlliyinin nə olduğunu yenidən anlamağa kömək edib.




Mənbə: newsonjapan.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru