Bred Pitt və yeni sevgilisi valideyn olmaq qərarına gəliblər - FOTO

26-01-2024, 16:53           
Bred Pitt və yeni sevgilisi valideyn olmaq qərarına gəliblər - FOTO
Hollivud aktyoru Bred Pitt və fitnes məşqçisi İnes de Ramon valideyn olmaq qərarına gəliblər.

Bununla bağlı məşhur insayder məlumat yayıb.

“Bredlə İnesin münasibətləri həqiqətən ciddiləşib. İnes onun yaşadığı evə köçüb və onlar uşaq sahibi olmaq istəyirlər. İnes tam uyğun yaşdadır. Bred onun yaşındakı əksər kişilərdən daha yaxşı formadadır. Onlar bir-birlərinə sadiqdirlər və bütün vaxtlarını birlikdə keçirirlər”, - deyə insayder bildirib.

Xatırladaq ki, 2022-ci ilin noyabrında ilk dəfə Bred Pitt və İnes de Ramonun sevgili olduqları barədə şayiələr yayılmışdı. Cütlük Bononun Los-Ancelesdəki konsertində, daha sonra isə aktyorun yeni “Babil” filminin premyerasında görüntülənib.
Qeyd edək ki, Bred Pittin yeni sevgilisi diyetoloq, fitnes məşqçisi və zərgərlik dizayneridir. O, məşhurlar cəmiyyətinə “The Vampire Diaries” filminin aktyoru Pol Uesli ilə evliliyi sayəsində daxil olub.




Mənbə: intouchweekly.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru