"Övladlarım da ikinci dəfə ailə qurmağımı istəyirlər"
22-08-2016, 19:40
"Mənim hər geyimim bir layihədir. Müğənnilər ancaq konsertdə bu cür bəzənir, libas geyinirlər. Mən isə hər verilişə belə gedirəm. Bu da tamaşaçıma olan hörmətimdir".
teref.az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib.
Müğənni hər zaman baxımlı olmağa çalışdığını söyləyib.
E.Seyidcahan eyni zamanda ikinci dəfə ailə qurması ilə bağlı xəbərlərə də münasibət bildirib:
"Yetkinlik yaşıma çatandan mənə elçi gəlir. İkinci dəfə ailə qurmaq eyib deyil. Allahın məsləhətidir, hər şey onun əlindədir. Amma hələ ərə getmək planım yoxdur. Mənim tənhalığım övladlarımı, hətta tələbələrimi də narahat edir. Onlar da ikinci dəfə ailə qurmağımı istəyirlər. Amma qorxuram... Gözəl qadınam, ailə quracağım insan məni alıb, evdən bayıra qoymayacaq. Səhnədən, sevənlərimdən ayrı qala bilmərəm. Mən xalqın ifaçısıyam, onları səsimdən məhrum edə bilmərəm".