Erməni milyarderlə toyu baş tutmayan Səbinə Əhmədova yeni sevgilisi ilə görüntüləndi - VİDEO

22-05-2024, 11:47           
Erməni milyarderlə toyu baş tutmayan Səbinə Əhmədova yeni sevgilisi ilə görüntüləndi - VİDEO
Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədovanın Moskva Mədəniyyət İdarəsinin keçmiş rəhbəri Sergey Kapkovla münasibətdə olduğu iddia edilib.

TEREF axşam.az-a istinadən xəbər verir ki, 42 yaşlı aktrisa 48 yaşlı Kaplovla Moskvada baş tutan "Böyük ildırım: Oyun" filminin premyerasına qatılıb. Cütlük filmin sonunu gözləmədən qol-qola oradan ayrılıb. İkili "super.ru"nun obyektivinə tuş gəlib.

Qeyd edək ki, Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda anadan olub. Atası yarı yəhudi, yarı azərbaycanlıdır. Anası ermənidir.

O, 2017-ci ildə erməni milyarder, "Rosqostrax" şirkətlər qrupunun prezidenti, Danil Xaçaturova ərə getməyə hazırlaşsa da, toy baş tutmayıb. Həmin vaxt Xaçaturovun sərvəti "Forbes"in hesablamalarında 2 milyard dollara yaxın idi.

Kaplov isə iki dəfə evli olub, 3 övladı var.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.