Hollivud ulduzu 94 yaşında vəfat etdi

16-08-2024, 17:58           
Hollivud ulduzu 94 yaşında vəfat etdi
Hollivud ulduzu Cina Roulends 94 yaşında vəfat edib.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa “The Notebook” melodramındakı obrazı ilə tanınıb.

Roulends 4 "Emmi" mükafatının və 2 "Qızıl Qlobus" mükafatının qalibidir. O, əri Con Kassavetis ilə birlikdə rol aldığı "Təsir altında olan qadın" (1974) və "Qloriya" (1980) filmlərindəki rollarına görə iki dəfə "Ən yaxşı qadın rolu" nominasiyasında Oskar mükafatına namizəd olub.

Roulends 2015-ci ildə aktyorluqdan ayrılıb və elə həmin il ona fəxri "Oskar" mükafatı verilib.

Onun son illərdə Alzheimer xəstəliyindən əziyyət çəkdiyi açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru