Stiv Makkuinin idarə etdiyi avtomobili hərraca çıxarılır

16-08-2024, 15:18           
Stiv Makkuinin idarə etdiyi avtomobili hərraca çıxarılır
1963-cü ilin "Shelby 289 Cobra" rodsteri avqustun 15-də başlayan və 17-nə qədər davam edəcək "Mecum Auctions" hərracında təqdim ediləcək.

Championat.com-a istinadən xəbər verir ki, bu nümunə (seriya nömrəsi CSX2161) üç il ərzində məşhur amerikalı aktyor, avtomobil və motosiklet yarışçısı Stiv Makkuin tərəfindən idarə olunub.

Əslində, "Oskar" mükafatı almış sənətçi avtomobilin sahibi olmayıb, onu yalnız idarə edib. Bəstəkar Elmer Bernşteyn maşını dostu Stivə icarəyə verib.

"Shelby 289 Cobra" standart modeldən daha böyük mühərriki ilə seçilir - 4.3 litr əvəzinə 4.7 litr. Avtomobil 100 km/saata 5.7 saniyəyə sürətlənir, maksimal sürəti isə 214 km/saatdır.

Hərrac avqustun 16-da keçiriləcək. Lotun gözlənilən dəyəri 1.25-1.5 milyon dollar arasında olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru