Sentyabrın 27-də "Xaç atası"nın rejissoru Frensis Ford Koppolanın yeni filmi olan "Meqapolis"in dünya premyerası baş tutub.
Championat.com xəbər verir ki, artıq həm tənqidçilər, həm də adi tamaşaçılar filmə baxıb və bu barədə öz fikirlərini formalaşdırıblar.
İkincilər "CinemaScore" aqreqatorunda filmə D+ reytinqi veriblər ki, bu da "Morbius"dan (C+) daha aşağıdır. Bu reytinq birbaşa filmin premyerasında kinosevərlər arasında keçirilən sorğu əsasında formalaşır.
Qeyd edək ki, film tamaşaçıları gələcəyə aparır. Burada dahi bir memar Nyu-Yorku yenidən qurmaq və onu "dünyanın paytaxtına çevirmək" istəyir, lakin acgöz merin müqaviməti ilə üzləşir.