Məşhur filmin yeni bölümü nə vaxt ekranlara çıxacaq?

Bu gün, 16:08           
Məşhur filmin yeni bölümü nə vaxt ekranlara çıxacaq?
Hollivudun "Universal Pictures" studiyası "Jurassic World: Rebirth" filminin çəkilişlərinin başa çatdığını elan edib.

Championat.com xəbər verir ki, bütün proses iki ay yarım çəkib.

Qarşıdan gələn film yenidən dinozavrların müasir dünyada görünməsindən bəhs edəcək və sonuncu trilogiya ilə bağlı olmayacaq.

Süjetin digər təfərrüatı hələlik məlum deyil.

Filmdə əsas rolları Manuel Rulfo, Skarlett Yohansson, Conatan Beyli, Luna Bleyz və başqaları ifa ediblər. Rejissor kreslosunu Qaret Edvards tutub.

Yeni Yura dövrünün dünya premyerası 2 iyul 2025-ci ildə baş tutacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.