Dünyanın ən kiçik Rubik kubu istehsal edildi – 5,3 min dollara satılır

Bu gün, 11:04           
Dünyanın ən kiçik Rubik kubu istehsal edildi –
Yaponiyanın oyuncaq istehsalçısı “MegaHouse” dünyanın ən kiçik miniatür Rubik kubunu təqdim edib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Alüminiumdan hazırlanmış kubun ölçüsü 5 millimetr, çəkisi isə 0,3 qramdır. Bununla da miniatür model britaniyalı pazl dizayneri Toni Fişerin 2016-cı ildə 5,6 millimetrlik versiya ilə vurduğu rekordu geridə qoyub.
Miniatür məhsulu yaratmaq şirkətə dörd ilə başa gəlib. Ginnesin Rekordlar Kitabı “MegaHouse”un məhsulunu avqust ayında dünyanın ən kiçik Rubik kubu kimi təsdiqləyib.
Artıq keçən cümə axşamından istehsalçının saytında miniatür kublara sifarişlər qəbul olunmağa başlayıb. Sifarişlərin çatdırılması isə gələn ilin aprel ayı üçün nəzərdə tutulub.
Miniatür Rubik kubları 777 777 yenə (5 320 dollara) satılır və hər birinin üzərində “Dünyanın ən kiçik Rubik kubu” yazılmış lövhə var. \\Yeniavaz.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.