Robert Dauni "Dəmir adam" filmindəki sevgilisi ilə görüntüləndi

Bu gün, 18:34           
Robert Dauni "Dəmir adam" filmindəki sevgilisi ilə görüntüləndi
Hollivud aktyoru Robert Dauni görünüşünə görə tənqid edilib.

Bununla bağlı fotolar və şərhlər "Daily Mail"də dərc olunub.

59 yaşlı Robert Dauni "Dəmir adam" filmində onun sevgilisini canlandıran aktrisa Qvinet Peltrou ilə fotosessiyaya çəkilib. Məşhurlar qara libaslarda poz veriblər.

Oxucular aktyorun xarici görünüşünü müzakirə etməyə başlayıblar. Bəzilərinə görə, kino ulduzu dramatik şəkildə qocalıb.

"O, xəstə görünür...", "Dəhşətli görünür! Çox arıq və olduğundan çox yaşlı görünür", "Ümid edirəm ki, yaxşıdır, amma sağlam görünmür", "Robertə nə olub?", "Robertə pərəstiş edirəm, amma o, çox səliqəsiz görünür", - internet istifadəçiləri şərhlərdə yazıblar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.