Paris Moda Həftəsində qalmaqal: Nikol Kidman Salma Hayekin əlini itələdi
15-10-2024, 18:34
Moda sənayesinin ən çox gözlənilən hadisələrindən biri olan Paris Moda Həftəsi bu il qalmaqalsız ötüşməyib. Belə ki, məşhur "Balenciaga" brendinin nümayişində Hollivud aktrisaları Nikol Kidman və Salma Hayek arasında xoşagəlməz anlar yaşanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" nəşri kadrlar yayıb.