Qəzaya düşən müğənni və prodüserin son görüntüsü — VİDEO

17-10-2024, 10:14           
Qəzaya düşən müğənni və prodüserin son görüntüsü — VİDEO
Oktyabrın 12-sində Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedərkən qəzaya düşən müğənni və prodüserindən xəbər var.

TEREF xəbər verir ki, parol.az-ın əldə etdiyi kadrlardan da görünür ki, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağızın (müğənni Şəlalə Nicat) burnu qırılıb, başqa ciddi bir xəsarəti yoxdur. Nisbətən daha ağır xəsarət alan 1996-cə il təvəllüdlü prodüseri isə artıq palataya yerləşdirilib, vəziyyəti orta-stabildir.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi "KİA" markalı avtomobili yoldan çıxararaq aşırması nəticəsində baş verən hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınmışdı.

Onların qəzadan sonrakı vəziyyətlərini təqdim edirik:














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.