Nura Suri: "Özünə hörmət edən sənətkarlar efirə çıxmır, çünki..."

4-11-2024, 12:53           
Nura Suri: "Özünə hörmət edən sənətkarlar efirə çıxmır, çünki..."
Müğənni Nura Suri bu dəfə televiziya verilişlərindən və aparıcılardan şikayətlənib.

Gununsesi.info bildirir ki, müğənni sosial media hesabında qeyd edib:

“Televiziya verilişlərimizin çoxu bayağıdır, indi dəbdə olan mahnılar kimi. Bunların səbəbkarı aparıcılardan çox veriliş redaktorları və prodüserləridir. Layihə rəhbərləri və sponsorlardır günahkar.

Aparıcılar gələn qonaqlardan daha çox danışırlar, suallar və mövzu heç kəsin marağın cəlb etmir. Bütün kanallarda eyni tipli verilişlər (İTV xaric) və eyni qonaqlar. Özünə hörmət edən sənətkarlar artıq efirə çıxmır.

Dövlət bu işə diqqət və büdcə ayırmalıdır. Yeni bir qurum yaradılmalıdır: gənc, istedadlı, savadlı insanlar cəlb olunmalıdır, yetişdirilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru