Cenifer Lopes: "Məşhur olmayan biri ilə də görüşə bilərəm"

23-03-2025, 15:14           
Cenifer Lopes: "Məşhur olmayan biri ilə də görüşə bilərəm"
Hollivud aktyoru Ben Afflekdən boşanan müğənni Cenifer Lopes yenidən eşq yaşamaq fikrinə düşüb.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, dostları onu başqa biri ilə tanış etməyə çalışırlar.

Yeni münasibətlər axtarışında olan C.Lopes potensial namizədlərin məşhur olmaya biləcəklərinə də eyham vurub.

Yenidən həyatında birisinin olmasını istəyən müğənni göz qabağında olmayan biri ilə də görüşməkdən imtina etmək fikrində deyil.

Xatırladaq ki, 55 yaşlı ifaçı ötən ilin noyabrında boşanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.