İyulun 22-də 76 yaşında vəfat edən britaniyalı rok musiqiçisi, "Black Sabbath" qrupunun solisti Ozzi Osbornun ölümünə kəskin miokard infarktı və ürək dayanması səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Variety" nəşri ölüm haqqında rəsmi sənədə istinadən məlumat yayıb.
Sənəddə, həmçinin mərhumun ölümü tezləşdirən digər xəstəlik kimi vegetativ disfunksiya ilə müşayət olunan Parkinson xəstəliyi də göstərilir. Musiqiçiyə Parkinson xəstəliyi hələ 2019-cu ildə diaqnoz qoyulub.