"WhatsApp"da çoxdan gözlənilən funksiya: Tətbiqi yükləməyənlər də çata qoşula biləcəklər

Bu gün, 09:06           
"WhatsApp"da çoxdan gözlənilən funksiya: Tətbiqi yükləməyənlər də çata qoşula biləcəklər
"Android" üçün "WhatsApp"ın beta versiyasında "Qonaq çatı" adlı yeni funksiya aşkar edilib. Bu funksiya mesencerdə qeydiyyatdan keçməyən şəxslərlə mesajlaşmağa imkan verəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə "WABetaInfo" portalı xəbər verib.

Belə ki, yeni çat yaradarkən istifadəçi "telefon nömrəsi göstərmədən ünsiyyət qurmaq" seçimini edə biləcək. Tətbiq unikal bir link yaradacaq və bu keçidi həmsöhbətə göndərmək mümkün olacaq. Linkə daxil olan şəxs "WhatsApp"ın veb versiyasını açacaq və artıq yaradılmış çata qoşulacaq.

"Qonaq çatı" çərçivəsində yalnız mətn yazışması dəstəklənəcək və zaman məhdudiyyəti yoxdur; media faylların, sənədlərin, stikerlərin və GIF animasiyalarının göndərilməsi isə mümkün olmayacaq. Bununla belə, bütün mesajlar, adi söhbətlər kimi, xüsusi şifrələmə ilə qorunacaq.

Qeyd olunub ki, əgər həmsöhbət gələcəkdə mesencerdə qeydiyyatdan keçərsə, qonaq çatı saxlamaq və dialoqu artıq standart formatda davam etdirmək imkanı əldə edəcək.

Ekspertlər hesab edirlər ki, bu funksiyanın tətbiqi "Meta" şirkətinin "WhatsApp" istifadəçi bazasını genişləndirmək strategiyasının bir hissəsi ola bilər.

"Qonaq çatı"nın tətbiqin stabil versiyasında nə vaxt işə salınacağı hələlik məlum deyil. Ehtimal ki, funksiya növbəti böyük yeniləmələrdən birində təqdim olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru