ATV-nin prezidenti Azər Xəlilov - Yeni vitse-prezident xəbərini YALANLADI

7-02-2018, 12:53           

Azad Azərbaycan televiziyasına (ATV) yeni vitse-prezidentin təyin olunması ilə bağlı mediada xəbər yayılıb.
Məlumatda bildirilib ki, AzTV-nin məşhur aparcısı Dilarə Səlimin qardaşı Qurban Səlimov kanala yeni vitse-prezident təyin edilib.

Məsələ ilə bağlı Metbuat.az “Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti"nin prezidenti Azər Xəlilov ilə əlaqə saxlayıb. Azər Xəlilov açıqlamasında xəbəri yalanlayıb:
“Məlumat həqiqətə uyğun deyil. Heç bir şeydən xəbəri olmayan adamlar boş-boş şeylər yazırlar. Bu, bizim işimizə qarışmaqdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru