Arvadının bədənini müştərilərə göstərən cərrah - Fotolar

8-02-2018, 09:24           

ABŞ-da plastik cərrah işləyən Filip Kraft həyat yoldaşını onun üzərində sınaq aparmağa razı salıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşının təklifini qəbul etdikdən sonra 43 yaşlı Annanın fiziki görünüşü tamamilə dəyişib. Hazırda Anna həyat yoldaşının Mayamidə olan klinikasının əsas simasına çevrilib. Filip Kraft həyat yoldaşı üzərində bir neçə plastik əməliyyat aparıb və bədəninin müxtəlif yerlərində fərqli sınaqlar keçirib.

Gözəlliyi ilə görənləri heyran edən Anna bütün bunlara görə həyat yoldaşına minnətdar olduğunu deyib: "Mən həyat yoldaşımın gördüyü işdən çox razıyam. O evi, avtomobili, mebeli tez-tez dəyişdiyi kimi mənim bədənimi də dəyişməyi sevir. O mənim bədənimin dizayneridir", - deyə Anna bildirib.

Filip iddia edir ki, hazırda Anna tanış olduqları gündəkindən daha gözəl görünür. O hər qadının 25 yaşdan yuxarı botoks, silikon və digər vasitələr istifadə etməsini vacib sayır. Cərrah bunun uğurlu addım olduğunu sübut etmək üçün öz müştərilərinə həyat yoldaşı Annaya baxmağı məsləhət görür.
Arvadının bədənini müştərilərə göstərən cərrah - Fotolar















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru