“Şairlər vergi ödəyəcək deməmişəm” – Nazirliyin əməkdaşı AYDINLIQ GƏTİRDİ

9-02-2018, 18:39           
“Şairlər vergi ödəyəcək deməmişəm” – Nazirliyin əməkdaşı AYDINLIQ GƏTİRDİ
Şair dediyi şeirdən pul qazanırsa, vergi ödəməlidir. Bu gün bir sıra KİV-də Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədovun adından belə bir açıqlama yer alıb.

Şairlərdən yazdığı şeirə görə vergi tələb edilməsi isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta sosial şəbəkələrdə açılan müzakirələrdə Vergilər Nazirliyi tənqidlərə tuş gəlib.

Minval.info Modern.az-a istinadən xəbər verir ki, nazirlik rəsmisi adından yayılan açıqlamadakı fikrin təhrif edildiyini bildirib:

“Mənə ünvanlanan suala cavab olaraq bildirdim ki, kommersiya xarakterli fəaliyyət, yəni gəlir əldə edən hər kəs vergi ödəyir. Bu, müğənni də ola bilər, ifaçı da”.

Ş.Məmmədov açıqlama zamanı “şairlər vergi ödəyəcək deməmişəm”, deyə bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.