Viktoriya Bekhem "Spice Girls"ə qoşulması barədə xəbəri təkzib edib

11-02-2018, 11:03           
Viktoriya Bekhem "Spice Girls"ə qoşulması barədə xəbəri təkzib edib
Britaniyanin "Spice Girls" pop qrupunun keçmiş üzvü Viktoriya Bekhem qrupa qoşulması barədə xəbəri təkzib edib.

"Report" xəbər verir ki, bu barədə "Vogue" məlumat yayıb.

"Mən qastrola hazırlaşmıram. "Spice Girls" tura hazırlaşmır", - deyə Bekhem nəşrə bildirib.

Keçmiş qrup üzvü hazırda paltar dizaynı ilə məşğuldur və Nyu-Yorkda yeni kolleksiyasının nümayışinə hazırlıq görür.

Daha əvvəl mətbuat xəbər vermişdi ki, "Spice Girls" qrupunun birləşmiş üvləri dünya turuna çıxmaq niyyətindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru