Toya 4 gün qalmış gəlin bəyi bıçaqladı- QISQANCLIQDAN

13-02-2018, 18:20           
Toya 4 gün qalmış gəlin bəyi bıçaqladı- QISQANCLIQDAN
Toylarına 4 gün qalmış nişanlısını öldürən şübhəli, hakim qarşısına çıxıb.

Gününsesi.info Türk mediasına istinadən bildirir ki, İstanbulun Esenyurt rayonunda 8 ay öncə mübahisə etdiyi nişanlısı 23 yaşlı Ali Ayberk Kahvecini bıçaqla öldürdüyü iddia edilən Ayşenur Yılmazın 18 ilə qədər həbsi istənilib.
Məhkəmədə ifadə verən Ayşenur: “Mən Ali Ayberki çox sevirdim. Xəyallarımız var idi. Öldürmək kimi bir niyyətim yox idi” deyib.

Ayşenur sonra ifadəsində “Olay günü də telefonda danışarkən qışqırdı. “Niyə telefona cavab vermirsən, baxmırsan” dedi. Mən də sakit olmağını istədim. Mənə dəfələrlə təhqiramiz sözlər dedi. Mən telefonu söndürdüm. Yenidən zəng etdi. Ancaq cavab vermədim. Mən ailəmlə yaşadığım evdəydim. Evdə yalnız əmim qızı F.A. var idi. Ali bu evə gəldi. Mənə hücum edib, döydü. Əmim qızı F.A. araya girməyə çalışdı, amma bacarmadı. Mən o an mətbəxə qaçıb, oradan götürdüyüm bıçaqla o üzərimə gələndə vurdum” ifadələrini işlədib.

Xəstəxanaya çatdırılan Ali Ayberk Kahvecinin həyatını xilas etmək olmayıb. Ayşenurun qohumlarından biri xəstəxanadan evdə olan F.A-ya zəng edərək yerdəki və bıçaqdakı qanı təmizləməyini istəyib.

Məhkəmə F.A. barədə də “cinayətin izini itirmək və gizlətmək” əməllərinə görə 6 aydan 5 ilə qədər həbs tələbi irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru