Ceyms Bondun avtomobili satışa çıxarılır

15-02-2018, 17:12           

Məşhur Ceyms Bond seriyalı filmlərindən biri olan və 1964-cü il çəkilən “Goldfinger” filmi üçün xüsusi olaraq istehsal olunmuş Aston Martin markalı avtomobil satışa çıxarılır.

“Tendensiya.com” xarici KİV-ə istinadən xəbər verir ki, 1963-cü il istehsalı olan Aston Martin DB5 avtomobilinin aprelin 20-də satışa çıxarılması planlaşdırılır.

Avtomobilin işlək vəziyyətdə olduğu və “Goldfinger” filmindən sonra 2012-ci ildə çəkilən “Skyfall”da da istifadə edildiyi bildirilir.

Aston Martinin hərracda 400-600 min dollar aralığında satılacağı proqnozlaşdırılır.

Avtomobil satılmazdan öncə son dəfə 27 fevral-3 mart tarixlərində Los-Ancelesdəki “Christie`s showroom”da sərgilənəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru