Xalq artisti Fuad Poladovla bağlı faktları açıqladı: “Deyirdi, icazə vermərəm ki…”VİDEO

14-05-2018, 13:43           

Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin bugünkü buraxılışı xalq artisti, mərhum aktyor Fuad Poladova həsr olunub.
Yenicag.az xəbər verir ki, verilişdə qonaq olan xalq artisti Ramiz Məlik sənət dostu ilə bağlı maraqlı faktlar açıqlayıb:
“Fuad iki dəfə Akademik Milli Dram Teatrından gedib. Birinci dəfə teatrdan 1989-cü ildə gedib və Azərpaşa Nemətovun quruluşunda təqdim olunan “Hamlet” tamaşasında oynamaqla teatra qayıdıb.
Fuad hədsiz dərəcədə tələbkar aktyor idi. Deyirdi ki, heç vaxt icazə vermərəm səhnədə yüngüllük etsinlər. Amma həyatda onun qədər zarafatcıl, üzügülər, dostcanlı adam görməmişəm. Onunla dəfələrlə məclislərdə olmuşam, çox zarafatcıl insan idi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.