Radikal qəzet: “İsrailin İrana hücumlarının əksəriyyəti Azərbaycandan həyata keçirilib”
Bu gün, 10:28
İranın ali rəhbəri Əli Xameneyi birbaşa tabe olan radikal ultramühafizəkar “Keyhan” qəzeti qəzəzli olaraq yazıb ki, İsrailin pilotsuz təyyarələri və qırıcılarının İran hava məkanına əsas marşrutu olan ölkələr demək olar ki, müəyyənləşib. Qəzetin iddiasına əsasən, Tehran və Kərəcə edilən hücumların böyük əksəriyyəti Xəzər dənizindən gəlib və İranın şimal qonşusu Azərbaycanın hava məkanından istifadə edilib. “Sionist rejimin” hücumlarının əksəriyyəti Tehrana yönəldiyini vurğulayan Radikal qəzetdə ikiüzlülüklə yazılıb ki, “gələcəkdə oxşar hücumların qarşısını almaq üçün şimal qonşu ölkə (Azərbaycanla) ilə bağlı ciddi tədbirlər görülməlidir”. P.S.İranı müdafiə edən sülh carçiları Azərbaycanı nə üçün müdafiə etmirlər? Джавид Дамирли TEREF