Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər

1-07-2025, 10:42           
Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər
"Netflix"in məşhur "Kalmar oyunu" ("Squid Game") serialının 3-cü mövsümünün yayımlanmasından sonra onunla əlaqəli Cənubi Koreya şirkətlərinin səhmləri kəskin şəkildə ucuzlaşıb.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Əsas rolun ifaçısı Li Çon Çjenin səhmdarı olduğu "Artist" şirkətinin səhmləri 21%, "Artist Studio" şirkətinin səhmləri 24% dəyər itirib. Vizual effektlərə cavabdeh "Dexter Studios"un səhmlərində isə 8.5% azalma qeydə alınıb.

Ekspertlər bunu serialın finalının birmənalı qarşılanmaması ilə əlaqələndirirlər.

Bəzi tənqidçilərin sözlərinə görə, tamaşaçılar finaldan məyus olublar, çünki onların gözləntiləri ilə yaradıcıların təqdimatı üst-üstə düşməyib.

Qeyd edək ki, iyunun 27-də yayımlanan 3-cü mövsüm "Netflix"in bütün ölkələr üzrə reytinqlərində birinci yeri tutub. Bu isə, səhmlərə müsbət təsir göstərməli idi.

2021-ci ildə yayımlanan ilk mövsüm 142 milyondan çox izlənilib və "Netflix" tarixində ən populyar serial olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru