Kanalizasiya kollektoruna düşüb ölən gənc kimin məsuliyyətsizliyinin qurbanı oldu?

Bu gün, 10:26           
Kanalizasiya kollektoruna düşüb ölən gənc kimin məsuliyyətsizliyinin qurbanı oldu?
İyunun 26-da Nərimanov rayonu ərazisində, "Baksol yolu" kimi tanınan hissədə asfalt örtüyünün qəfil çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşərək həyatını itirib.

Hadisənin baş verdiyi ərazidən bir qədər irəlidə də vəziyyət narahatlıq doğurur. Yolun kənarı çöküb və bu, ərazidən keçənlər üçün təhlükə yaradır.

"Problem vaxtında aradan qaldırılsa idi, belə bir faciə yaşanmazdı. O da bir evin çırağı idi, ailə qurmaq arzusunda idi", - deyə sakinlərdən biri bildirib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən son məlumata görə, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. Xidmətin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq Sukanal İdarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb:

"Qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, iritonnajlı yük maşınlarının əraziyə daxil olması üçün sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar. Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üzərinin sahibkarlar tərəfindən taxta parçaları ilə örtülməsi həmin ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o, qəzalı əraziyə yaxınlaşıb. Nəticədə, bədbəxt hadisə baş verib".














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.