Bəylər Eyyubov vurulmayıb: Mən şərlənəndə Prezidentə deyib ki...

1-07-2025, 10:44           
Bəylər Eyyubov vurulmayıb: Mən şərlənəndə Prezidentə deyib ki...
Bu gün Prezidentin Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Prezident katibliyinin rəhbəri təyin edilən Bəylər Eyyubov haqda jurnalist, bir neçə il öncə keçmiş MTN tərəfindən həbs olunan Pərviz Həşimli diqqətçəkici açıqlama yayıb.

Bakupost.az xəbər verir ki, Pərviz Həşimli Bəylər Eyyubovun heç də vurulmadığını iddia edib.

O bildirib ki, B.Eyyubovun səhhətində problem vardı və hələ bir il öncə vəzifəsindən getmək istəyirdi:

“O, çox insanın həyatında müsbət rol oynayıb. Məni Eldar Mahmudov (MTN-nin sabiq rəhbəri – red.) şərləyəndə Prezidentə günahsız tutulduğumu şəxsən demişdi.

Eldar Mahmudovun cinayətkar çetesinin dövlət və vətəndaşlar üçün təhlükəyə çevrildiyini görən və o şəbəkənin çökməsində xüsusi rolu olanlardan biri Bəylər Eyyubov idi.

Qohum-əqrabasında 2-3 nəfərin başıpozuqluğu o kişi haqqında mənfi fikirlər yarada bilməz!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru