Nazir müavini: Müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər

28-06-2018, 09:41           

Azərbaycanda müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər. Bunu özəl olaraq Trend-ə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir: "Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur".

Bununla bağlı hər hansı tədbirin görülməsinə gəlincə, nazir müavini bildirib ki, ümumiyyətlə bu yaxınlarda uçot məsələsi ilə bağlı ciddi tədbirlərin aparılması nəzərdə tutulur:

"Təbii ki, bu tədbirlər digər ödəyicilər kimi müğənnilərə də şamil olunacaq, onlar da vergi ödəyicisidirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru