Tanınmış müğənni qəza törədib, hadisə yerindən qaçdı – Təfərrüat

2-07-2018, 13:10           
Tanınmış müğənni qəza törədib, hadisə yerindən qaçdı – Təfərrüat
“Azəri star” yarışmasından sonra tanınan gənc müğənni Fidan Süleymanova qəza törədərək hadisə yerindən qaçıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, gecə şou-proqramda çıxış edən müğənni idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobili ilə “Volkswagen” markalı maşını vurub. Müğənni Səbail rayon polisi tərəfindən saxlanılıb. Hadisə yerindən yayındığına görə barəsində protokal tərtib olunub və cərimələnib.

Məsələ ilə bağlı müğənni ilə əlaqə saxladıq.

F.Süleymanova saytımıza açıqlamasında əsəbiləşib: “Dünya dağılmayıb ki, hər kəsin başına iş gələ bilər. Maşın vurmuşam, cəriməmi də yazıblar. Ödəyəcəm. Əsas odur ki, xəsarət alan yoxdur. Hər iki avtomobilə ziyan dəyib, xərcini çəkəcəm”.

Öyrəndik ki, hadisə müğənninin avtomobilini park etdiyi yerdə baş verib. O, həyəcanlı olduğu üçün əyləcin yerinə qaza basıb, daha sonra idarəetməni itirib. Sürətlə hərəkət edən avtomobil qarşıda olan maşına çırpılıb. Müğənni üç min manat ziyana düşüb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru