Kirkorov Bakıda yenidən konsert verəcək

29-07-2018, 16:59           
Kirkorov Bakıda yenidən konsert verəcək
Rus estradasının kralı, Rusiyanın Xalq artisti Filip Kirkorov bu ilin sonunda Bakıda yenidən solo konsertlə çıxış etməyi planlaşdırır.

Teref.az Trend-ə istinadən xəbər verir ki, bunu müğənni Bakıda keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalı çərçivəsində jurnalistlərlə görüşündə deyib.

F.Kirkorov bildirib: "Mən artıq üçüncü dəfədir ki, "Jara" Beynəlxalq Musiqi Festivalında iştirak edirəm. Bu festival musiqi dünyasının möhtəşəm hadisəsidir. Bakıda öz ilk solo konsertimi heç vaxt unutmaram, iki il əvvəl Baku Crystall Hall-da məni tamaşaçılar hərarətlə qarşıladılar. Bu hissləri hər dəfə mən "Jara"nın səhnəsinə çıxanda keçirirəm. Burada geniş tamaşaçı kütləsi və gözəl mühit var".

Qeyd edək ki, Bakı üçüncü ildir ki, "Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru