Türkiyə: Bələdiyyə seçkilərində ilk kriminal hadisə qeydə alınıb

31-03-2019, 17:04           
Türkiyə: Bələdiyyə seçkilərində ilk kriminal hadisə qeydə alınıb
Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkilərində ilk kriminal hadisə qeydə alınıb.

Türkiyənin Sözçü qəzetinin xəbərinə görə, Malatya şəhərinin Pötürgə bölgəsindəki bir ibtidai məktəbdə keçirilən səsvermə prosesi zamanı mübahisə baş verib.

"Yerli vaxtla saat 10:30-da baş vermiş hadisə nəticəsində mübahisə qısa vaxtda davaya çevrilib. Tapança ilə vurulan 2 nəfər həlak olub", - "Sözçü" yazır.

Hadisədən sonra bölgə təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb.

Öldürülən şəxslərin müxalif Səadət Partiyasından müşahidəçi olan ata və oğul olduğu bildirilib.

Səadət Partiyasının rəhbəri Temel Karamollaoğlu twitter hesabından bəyan edib ki, "baş vermiş hadisə bəsit bir düşmənçilik olmayıb".

"Səsvermə qutusuna açıq bülleten atmaq istəyən seçiciyə etiraz edən iki müşahidəçimiz qətlə yetirilib", - müxalif partiya lideri bildirib.

Prezident Recep Tayyip Erdoğan səsvermədə iştirak etdikdən sonra jurnalistlərə bildrib ki, bu cür hadisələrin "partiyalar arasında sorğulara aparılmasını doğru saymır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.