TÜRKİYƏDƏ SEÇKİ:Ərdoğan İstanbulu qazanır, paytaxtı isə itirir - YENİLƏNİR

1-04-2019, 00:00           
TÜRKİYƏDƏ SEÇKİ:Ərdoğan İstanbulu qazanır, paytaxtı isə itirir - YENİLƏNİR
Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanmağa başlayıb.

Strateq.az xəbər verir ki, indiyə qədər səslərin 67,10 faizi sayılıb.

Hazırkı nəticələrə görə, ümumilikdə Cümhur İttifaqı (AKP-MHP) 52,29 faiz səslə öndədir.

Millət İttifaqı (CHP-İYİ) isə 37,20 faiz səslə Cümhur İttifaqını təqib edir.

Diqqətçəkən məqam budur ki, səslərin sayı açıldıqca, “Cumhur” səs itirir, “Millət”in səsi isə artır.

Ərdoğanla Baxçalının ittifaqı olan “Cumhur” sabiq spiker Binəli Yıldırımın (49.68 faiz) simasında İstanbulda, o cümlədən Trabzon, Konya, Sivas, Ərzrum, Şanlıurfa, Ordu, Malatiya, Dənizli və digər şəhərlərdə AKP namizədləri üstündür.

Hazırda 88 faizi sayılan səslərə görə İstanbulda CHP-li Əkrəm İmamoğlu isə 47.77 faiz səs toplayıb.

“Millət”in CHP-li namizədi Tunç Soyer İzmirdə mütləq üstünlüklə – təxminən 58 faiz səslə öndədir. Hazırkı nəticələrə görə, CHP İzmirlə yanaşı, Eskişhər, Antalya, Adana, Yalova, Ədirnə, Təkirdağ, Artvin, Aydın, Muğla və digər bir neçə iri şəhərlərdə də mütləq qələbə qazanır.

Ankarada isə CHP-li Mənsur Yavaş (49.70) ilə AKP-li Mehmet Özhaseki (47.85) arasında demək olar bərabər səslə mübarizə davam edir. Bu şəhərdə isə səslərin 89 faizə yaxını sayılıb.

HDP isə Diyarbəkir, Hakkari, Batman və Vanda mütləq qələbə qazanırlar.

Partiyalar üzrə ümumi nəticə belədir:

1. AKP – 46,15 %

2. CHP – 30,36%

3. İYİ Partiyası – 6.84%

4. MHP – 6.14%

5. HDP – 3.75%

6. Səadət Partiyası – 2,29%












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.