31 mart bələdiyyə seçkilərində AKP və MHP-nin qurduğu Cümhur İttifaqı ümumilikdə 51,4% səslə Türkiyənin 81 elindən 52-də bələdiyyə başqanlığını qazanıb.
Axar.az xəbər verir ki, Cümhur İttifaqının ölkə üzrə ümumilikdə 21 milyon 864 min 164 səs aldığı açıqlanıb.
CHP, İYİ Partiyası, Səadət Partiyası və Demokratik Partiyanın qurduğu Millət İttifaqı isə 37,64% səs toplaya bilib.