Ankara, İzmir, Antalya və digər şəhərlərdə müxalifət qələbə qazandı

1-04-2019, 09:42           
Ankara, İzmir, Antalya və digər şəhərlərdə müxalifət qələbə qazandı
Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

Əsas rəqabətin AKP ilə MHP-nin birləşdiyi “Cumhur İttifaqı” ilə ana müxalifət partiyası olan CHP ilə İyi Partiyanın birləşdiyi “Millət İttifaqı” arasında getdiyi bu seçkilərdə, xüsusən böyük şəhərlərdə Ərdoğan hakimiyyəti üçün arzuedilməz nəticələr qeydə alınıb.

Ankara, İzmir, Antalya, Adana, Diyarbəkir, Eskişehir, Mersin, Hatay və digər şəhərlərdə müxalifətin namizədləri qalib gəlib.

İstanbulda gənc siyasətçi olan Əkrəm İmamoğlu iləAKP-nin ikinci şəxsi Binəli Yıldırım bir-birini daban dabana izləməkdədirlər. Seçkilərin nəticələrini açıqlamaq səlahiyyəti olan Anadolu Ajansı və Yüksək Seçim Kurulu İstanbulda nəticələrin açıqlanmasına 4 saatdan artıqdır fasilə verib. Buna qədər verilən məlumata görə, İstanbulda seçici sələrinin 98,8 faizi sayılıb və hər iki namizəd 48,7 faiz səs toplayıb. İmamoğlu, müşahidəçilərin ona təqdim etdiyi protokollara istinad edərək, seçkilərdə qalib gəldiyini bildirib. İmamoğlu bu səbəbdən səslərin elan olunmasına fasilə verildiyini iddia edib və Anadolu Ajansını manipulya cəhdində suçlayıb.

Paytaxt Ankarada CHP-li namizəd Mansur Yavaş AKP iqtidarının, o cümlədən prezident Rəcəb Tayib Ərdoğanın ona qarşı sərt ittihamlarına baxmayaraq, 51 faiz səslə inamlı qələbə qazanıb. Bəzi müşahidəçilər bu nəticəni Yavaşın bilavasitə Ərdoğan üzərində qələbəsi kimi yorumlayıb.

Nisbətən az əhalisi olan 16 şəhərdə AKP-nin namizədləri qalib gəlib. Səslərin 91 faizi sayıldıqdan sonra səsvermənin belə bir tablosu yayımlanıb.



MHP 1 böyük şəhərdə və 11 il mərkəzində qalib gəlsə də, bundan əvvəl nəzarətində olan Manisa və Mersin kimi böyük şəhərlərdə CHP-yə uduzaraq bu bələdiyyələri əldən verib. MHP-nin qalib gəldiyi bələdiyyələrdən birində Azərbaycan Kültür Dərnəyinin nümayəndəsi İsa Yaşar Tezəl bələdiyyə başqanı seçilib.



HDP 3, Türkiyə Kommunist partiyası isə 1 böyük bələdiyyədə qalib gəlib. İyi Partiya ilə DSP-nin nümayəndələri yalnız ilçə bələdiyyələrdə qalib gələ biliblər.



Bastainfo.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.