İstanbulda şok yaşanır: CHP önə keçdi - Foto

1-04-2019, 10:27           
İstanbulda şok yaşanır: CHP önə keçdi - Foto
Türkiyə Ali Seçki Qurumu İstanbuldakı bələdiyyə seçkisindəki səslərin 99,63%-ni hesablayıb.

Axar.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, qurumun son hesablamlarına əsasən, CHP-nin İstanbul bələdiyyəsi vəzifəsinə namizədi Əkrəm İmamoğlu seçki yarışında irəliyə keçib. Qəzet qurumun saytında İmamoğlunun 48,8% səs topladığı informasiyasının yer aldığını qeyd edib. Binəli Yıldırımın səsləri isə 48,48% təşkil edib.

İmamoğlunun ümumilikdə 4 milyon 155 min 141 səs, Yıldırımın isə 4 milyon 127 min 770 səs topladığı vurğulanıb. Tərəflər arasında səs fərqi 27.371 təşkil edib.

Qeyd edək ki, rəsmi rəqəmlər hələ açıqlanmasa da, Binəli Yıldırım İstanbulda qələbə qazandığını açıqlayıb. CHP-nin namizədi Əkrəm İmamoğlu isə özünün 4 milyon 167 min 752 səs, rəqibi B.Yıldırımın isə 4 milyon 139 min 833 səs topladığını açıqlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru