Türkiyənin vitse-prezidenti ABŞ-ı Ankara ilə terrorçular arasında seçim etməyə çağırıb - FOTO

4-04-2019, 07:04           
Türkiyənin vitse-prezidenti ABŞ-ı Ankara ilə terrorçular arasında seçim etməyə çağırıb - FOTO
Türkiyənin vitse-prezidenti Fuat Oktay Birləşmiş Ştatlara Türkiyə ilə rəsmi Ankaranın düşmənləri arasında seçim etməyi təklif edib.

"Report" xəbər verir ki, belə bəyanatla o, Vaşinqton tərəfindən analoji ultimatumdan sonra çıxış edib.

"Birləşmiş Ştatlar seçməlidir. Onlar Türkiyənin müttəfiqi qalmaq və ya terrorçularla güclərini birləşdirib, NATO-nun müttəfiqinin müdafiəsini düşmənlərdən pozmaq üçün bizim dostluğumuzla risk etmək istəyirlərmi?", - deyə o, özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyəni NATO-nun təhlükəsizliyli ilə S-400 raketləri arasında seçim etməyə çağırıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru