Türkiyədə seçki suları durulmur...

4-04-2019, 16:55           
Türkiyədə seçki suları durulmur...
AKP-çi vəkil Əhməd Aydın sensasion bəyanatla çıxış edib.

Axar.az xəbər verir ki, vəkil CHP-nin İstanbulun Böyükçəkməcə bölgəsində “22 min xəyali seçici” oyununu ortaya çıxardığını bəyan edib.

Yanvar ayında Türkiyə mətbuatının hallandırdığı Böyükçəkməcənin seçici siyahılarındakı saxtakarlıq iddiaları yenidən gündəmə gəlib. Seçki öncəsi hüquqi müraciətlərin edilməsi və saxtakarlıq iddiaları haqqında bir qərar qəbul edilmədən seçkiyə gedilməsi, “xəyali seçici” sayının namizədlər arasındakı səs fərqini aradan qaldıracaq həddə olması İstanbuldakı seçkilərin nəticələrinin ləğv edilməsinə və iyun ayında təkrar seçki keçirilməsinə səbəb ola bilər.

Məsələ ilə bağlı danışan AKP-çi vəkil Əhməd Aydın Tvitter hesabında yazıb:

“CHP qələbə sənədini almaq üçün çox tələsir. Böyükçəkməcə ilçəsində seçki siyahılarında edilən və məhkəmə mövzusu olan saxtakarlıqlar seçkilərin ləğvinə səbəb olacaq səviyyədədir. Bu barədə ilçə seçki qurumuna edilmiş seçkilərin ləğvi müraciəti gözlənməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.