Türkiyə prezidenti: “Seçki prosesi başa çatıb, amma…”

5-04-2019, 17:16           
Türkiyə prezidenti: “Seçki prosesi başa çatıb, amma…”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin sualları cavablandırıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan seçki prosesinin bitdiyini bildirib.

“Seçki prosesi bitdi, indi məhkəmə prosesi var. Mərkəzi Seçki Komissiyası bu proseslərin əsas hakimidir. Yekun qərarı o çıxaracaq”, – deyə prezident qeyd edib.

Daha sonra Ərdoğan seçki Türkiyədəki seçki proseslərini yaxından izləyən ABŞ-a səslənib: “Daxili işlərimizə qarışmaq istəyən ABŞ-ın, Avropanın bunu bilməsi lazımdır. Siz həddinizi bilin. Öz ölkənizdə bunun etirazını etdiniz. Hər kəs həddini biləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru