"Məclis bizim əlimizdədir, nə edəcəksiz ki?" - Ərdoğandan İmamoğlu və Yavaşa açıq mesaj

6-04-2019, 00:00           
"Məclis bizim əlimizdədir, nə edəcəksiz ki?" - Ərdoğandan İmamoğlu və Yavaşa açıq mesaj
"30 iri şəhərdən 15-ni biz, birini MHP qazanıb".

Mia.az xəbər verir ki, bu sözləri Prezident Ərdoğan Türkiyədə martın 31-də keçirilən seçkiylə bağlı danışarkən deyib.

O bildirib ki, təmsil etdiyi "Cumhur ittifaqı" səslərin ümumilikdə 53.3 faizini qazanıb: "Daxili işlərimizə qarışmaq istəyən ABŞ-ın, Avropanın bunları bilməsi lazımdır. Hər kəs həddini biləcək. 30 böyük şəhərlə yanaşı, 51 şəhərin 24-nü biz, 10-nu MHP qazanıb. Burada da "Cumhur ittifaqı" ciddi fərq yaradıb".

Ərdoğan uduzduqları şəhərlərdə, o cümlədən Ankara və İstanbuldakı vəziyyətə də toxunub: "Bu şəhərlərdə məclis üzvlərinin çoxu bizim üzvlərdir. Bizim üzvlər seçiliblər. Ankarada durum daha da fərqlidir. 107 üzv bizə, 39 üzv isə 4 fərqli qrupa aiddir. İndi mən sizə deyirəm, onlar hər hansı bir məsələni necə məclisdən keçirəcək? Necə başqanam deyib, iş görəcəksən? Əgər bir bələdiyyə sədri rəhbərlik etdiyi qurumda kürəyini məclisə, məclisdəki çoxuluğa söykəyə bilməyəcəksə, o, nə edə bilər ki?"

Xatırladaq ki, ilkin rəsmi nəticəyə görə, Ankarada CHP-li Mənsur Yavaş, İstanbulda isə CHP-li Əkrəm İmamoğlu şəhər bələdiyyəsinin sədri seçiliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru