Avropa İttifaqından Türkiyə ilə bağlı QALMAQALLI QƏRAR
25-07-2019, 08:00
Türkiyənin Şərqi Aralıq dənizindəki neft-qaz axtarışı fəaliyyəti ilə bağlı Avropa İttifaqının qalmaqallı sanksiya qərarlarına Avropa İnvestisiya Bankı da qoşulub. Açıqlamada bu ilin sonuna qədər Türkiyəyə kredit verilməsinin dayandırıldığını bildirib. Qərar bir qədər simvolik xarakter daşıyır. Çünki ilin başa çatmasına artıq dörd ay qalıb. Huriyyet.org