Türkiyədə PKK simpatianlarına hücum edən azərbaycanlı qrup: “Türkün gücünü görəcəksiniz”

19-11-2015, 02:22           
Türkiyədə PKK simpatianlarına hücum edən azərbaycanlı qrup: “Türkün gücünü görəcəksiniz”
Türkiyənin Diyarbəkir, Silvan, Bismil vilayətlərində küçəyə çıxmaq qadağasının tətbiqindən sonra ilginc iddia irəli sürülüb. Bölgədə “Əsədullah briqadası” adlı qrupun yarandığı barədə iddialar var. “Birgün” qəzetində Elçin Yıldıralın müəllifi olduğu yer alan məlumata görə, küçələrdə yazılan “Türkün gücünü görəcəksiniz”, “Qanımız axsa da, qələbə bizimdir” kimi şüarların altında məhz “Əsədullah briqadası” deyə qeyd var. Bəzi şahidlər həmin şəxslərin saqqallı, İŞİD görünüşlü, ərəb və azərbaycanca danışan şəxslər olduğunu iddia edirlər.
Bəzi məlumatlara görə, bu şəxslər təkbir gətirərək əhaliyə ühcum edir, işgəncəyə məruz qoyurlar. Bölgədəki dövlət qurumları isə belə bir briqadanın varlığından xəbərsiz olduqlarını bildirir. Maraqlıdır ki, məqalə müəllifi şahidlərin ərəbcə ilə yanaşı Azərbaycan dilində də danışdığını iddia etsə də, HDP Diyarbəkir millət vəkili Çağlar Dəmirəl ancaq ərəb dilində danışan şəxslərlə bağlı şikayətlərin olduğunu bildirib.
CHP Diyarbəkir millət vəkilliynə namizəd Naci Sapan isə bəzi şahidlərin əhaliyə hücum edən şəxslərin ərəb və Azərbaycan dilində danışdığını söylədiyini bildirib.(cebhe.info)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.