Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir - Əli Həsənovdan ÖNƏMLİ AÇIQLAMA
14-10-2019, 17:19
Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir Azərbaycan dövləti Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı beynəlxalq media konfransında deyib.
Ə.Həsənov bildirib ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin ayrıca bəyanatı olub:
“Mənim də bununla bağlı ayrıca şərhim olub. Azərbaycan dövləti bütün haqq işində, sülh istiqamətindəki bütün tədbirlərdə Türkiyənin yanındadır, dəstəkləyir və dəstəkləməkdə davam edəcək”.