İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələ bilər

13-01-2025, 11:17           
İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələ bilər
İranda paytaxtın başqa şəhərlə əvəz edilməsi böyük məbləğə başa gələcək.

Bu barədə "Azad İran" "Telegram" kanalın xəbər verir ki, bu haqda İran parlamentinin daxili məsələlər komissiyasının üzvü Əbülfəzl Əbuturabi açıqlama verib.

"Tehrana yaxın, 80 kilometr uzaqlıqdakı ərazini seçsək, təxminən yeddi milyard dollara başa gələcək. Paytaxtın 130-200 kilometr məsafədəki əraziyə köçürüləcəyini hesablasaq, bu, təxminən 22 milyard dollara başa gələcək. Türkiyə və Pakistan kimi, 500 kilometrdən çox uzaqda paytaxt seçsək, bu, infrastrukturdan asılı olaraq 30-37 milyard dollara başa gələcək" - deyə Əbülfəzl Əbuturabi qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl İranın paytaxtının Tehrandan köçürüləcəyi barədə açıqlama verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru