Kanada ABŞ-yə enerji tədarükünü kəsə bilər

13-01-2025, 12:24           
Kanada ABŞ-yə enerji tədarükünü kəsə bilər
ABŞ-ın yeni prezidenti Donald Tramp bütün Kanada mallarına 25% rüsum tətbiq edərsə, Ottava ABŞ-a elektrik enerjisi təchizatını dayandıra bilər.

TEREF Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli CTV kanalına müsahibəsində deyib.

"Deyə bilərəm ki, bütün cavab tədbirləri masadadır" deyən Colinin sözlərinə görə, Kanadanın ABŞ-a enerji təchizatının dayandırılması məsələsi gələn həftə təkcə Kanada regionlarının rəhbərləri ilə deyil, həm də Vaşinqtona səfəri zamanı ABŞ Respublikaçılar Partiyasının nümayəndələri ilə müzakirə olunacaq. Kanada öz neftinin təxminən 60%-ni, eləcə də elektrik enerjisinin 85%-ni ABŞ-a ixrac edir.

Qeyd edək ki, Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru