Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB — VİDEO

13-01-2025, 11:44           
Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB — VİDEO
Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində göl daşıb, həyətləri, evləri su basıb.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, 4-5 il əvvəl gölə çatmaq üçün piyada xeyli məsafə qət edirdilərsə, indi suyun artması səbəbindən göl onların evinə çatıb.

Problemdən müvəqqəti çıxış yolu kimi Digah bələdiyyəsi yola maşınlarla kərpic qırıntısı tökdüyü üçün, hələ ki, bu küçədə hərəkət etmək mümkündür.
Amma sakinlər hər il gölün səviyyəsinin daha da artdığını deyirlər.

Məsələ ilə bağlı Digah bələdiyyəsindən "Xəzər xəbər"ə bildirilib ki, son dövrlər yağışlar çox yağdığından Mehdiabad ərazisindən gələn su gölün səviyyəsini artırıb. Nəticədə bəzi ərazilərdə su həyətlərə dolub. Bələdiyyədən o da qeyd edildi ki, sabah əraziyə müvafiq texnikalar cəlb olunacaq və həyətlərə dolan suyun çəkilməsi təmin ediləcək.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru