Lənkəranda yaşıllıqlar kütləvi şəkildə məhv edilib: Bələdiyyə sədri günahkar bilinir — FOTOLAR

13-01-2025, 15:36           
Lənkəranda yaşıllıqlar kütləvi şəkildə məhv edilib: Bələdiyyə sədri günahkar bilinir — FOTOLAR
Lənkəran rayonu Boladi kəndinin örüş sahələrində və sakinlərin pay torpaqlarında ağacların qırılması faktları qeydə alınıb.

bu barədə araz.az-a məlumat verən kənd sakinləri bildirirlər ki, Boladi bələdiyyəsinin sədri Salman Dadaşovun yaxın qohumları ağacları kəsərək qaz olmayan kəndlərdə satırlar. Kənd sakinlərinin şikayəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsi yoxlama da təşkil edib. Amma sakinlər iddia edir ki, ekologiya əməkdaşları merkantil maraqlarına görə, faktları rəsmiləşdirməyiblər.

Redaksiyamıza təqdim olunan görüntülərdən məlum olur ki, ərazidə yüzlərlə ağac kəsilib. Həmin görüntülərin bir qismini təqdim edirik:

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru