“İnter Mayami” və Messi Peru komandası ilə yoldaşlıq görüşü üçün şərtlər qoyub

Bu gün, 12:14           
“İnter Mayami” və Messi Peru komandası ilə yoldaşlıq görüşü üçün şərtlər qoyub
ABŞ-nin “İnter Mayami” klubunun və Lionel Messinin “Universitario” (Peru) ilə keçiriləcək yoldaşlıq matçı üçün əsas şərtləri müəyyənləşib.

İndex.az “BolaVip”ə istinadən xəbər verir ki, Peru təmsilçisi tarixi görüş üçün qarşı tərəfin tələbləri ilə razılaşmalı olub.

“İnter Mayami” ilk olaraq Messi ilə yanaşı Luis Suares, Xordi Alba, Serxio Buskets kimi ulduzlar üçün həm məşq, həm oyun zamanı, həm də matçdan sonra əlavə təhlükəsizlik tələb edib.

Bundan başqa Messinin şəxsi mühafizəçisi Yassin Çuekonun futbolçunun təhlükəsizliyinin təminatı üçün Peru təmsilçisinin bütün fəaliyyətlərinə giriş əldə etməsinə icazə verilib.

Üçüncü şərt isə “İnter Mayami”nin səfər xərcləri ilə bağlı olub. MLS klubu Limada keçiriləcək matça kommersiya deyil, özəl çarter reysi ilə səyahət edəcək və bunun xərclərini də məhz Peru klubu ödəyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.